Niger ordusu zərbəçilərə dəstək verdiyini açıqlayıb


Niger Silahlı Qüvvələri ölkədə qan tökülməsinin qarşısını almaq üçün idarəni ələ keçirən Prezident Mühafizə Alayının ünsürlərini dəstəklədiklərini açıqlayıb.


Niger ordusundan verilən yazılı açıqlamada, təhlükəsizlik qüvvələrinin müxtəlif ünsürləri arasında qan tökülməsinin qarşısını almaq, prezident Məhəmməd Bazoum və ailəsinin fiziki bütövlüyünü qorumaq üçün çevriliş bəyannaməsini dəstəkləməyə qərar verdikləri bildirilib.

Xarici işlər naziri Hassoumi Massaoudou isə səhər saatlarında verdiyi açıqlamada hadisənin hələ də çevriliş cəhdi olduğunu və nəticələnmədiyini bildirib və Niger xalqını bu cəhdə qarşı çıxmağa çağırıb.

Prezident Bazoum, "Çətinliklə əldə edilən qazanclar qorunub saxlanılacaq və demokratiya və azadlıq istəyən bütün nigeriyalılar bunu görəcəklər" - deyə paylaşım edib.

Bazoumun çevrilişə cəhd edən Prezident Mühafizə Alayının ünsürlərinə qarşı ordu qüvvələrinin dəstəyini gözlədiyi, lakin ordunun buna razı olmadığı iddia edilir.

Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi (ECOWAS) adından vasitəçi təyin edilən Benin prezidenti Patris Talonun gün ərzində hər iki qrupla görüşü gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu