Şarl Mişel Niger prezidentinə dəstək veriləcəyini açıqlayıb


Avropa Şurasının prezidenti Şarl Mişel Niger prezidenti Məhəmməd Bazumla əlaqə saxladığını və Afrika ölkəsində sabitliyin pozulması fonunda ona dəstək olacağını bildirib.


"Mən prezident Mohamed Bazum ilə danışdım və onu Aİ-nin tam dəstəyinə əmin etdim. Nigerdə ​​sabitliyi pozmağa yönəlmiş istənilən cəhdi qətiyyətlə pisləyirik", - deyə avropalı siyasətçi Twitter-də yazıb.

Prezident qvardiyası iyulun 25-də Niameydəki iqamətgahında Bazumu "bloklayıb". Əldə olan məlumata görə, prezident sağ-salamatdır.

Daha sonra Benin prezidenti Patris Talon ölkə lideri ətrafında yaranmış vəziyyəti həll etmək üçün Nigerə gedəcəyini açıqlayıb. O, zərurət yaranarsa, Nigerdə ​​konstitusiya qaydasının bərpası üçün bütün vasitələrdən istifadə ediləcəyini bəyan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu