ECOWAS Nigerdəki xuntaya 1 həftə vaxt verdi


Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) iyulun 26-da Nigerdə ​​hakimiyyəti ələ keçirən hərbi xuntaya prezident Məhəmməd Bazumu azad edib öz vəzifəsini bərpa etmək üçün bir həftə vaxt verib.


Nigeriyanın paytaxt Abujada Nigerin gündəmi ilə keçirilən fövqəladə ECOWAS Sammiti başa çatıb.

ECOWAS Komissiyasının sədri Omar Touray, sammitdən sonra mətbuata verdiyi açıqlamada, birlik ölkələrinin Nigerə bütün hava və quru sərhədlərini bağladığını, dövlətin Qərbi Afrika Dövlətləri Mərkəzi Bankındakı (BCEAO) aktivlərinin dondurulduğunu açıqlayıb.

Touray, Nigerdəki qanuni prezidentin Məhəmməd Bazum olaraq təyin olunduğunu və xuntanın heç bir şəkildə tanınmayacağını bildirib.

Prezident Bazumu azad edib vəzifəsinə qayıtması üçün xuntaya 1 həftə vaxt verildiyini vurğulayan Touray, bildirib ki, əgər bu müddət ərzində ECOWAS-ın tələbləri yerinə yetirilməzsə, hərbi müdaxilə də daxil olmaqla, hər cür variantı nəzərdən keçiriləcək.

Çad prezidenti Mahamat İdris Deby Nigerdə ​​xunta ilə vasitəçilik fəaliyyətləri həyata keçirmək üçün təyin edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu