Burkina Faso və Malidən ECOWAS-ın Nigerə mümkün müdaxiləsinə reaksiya


Burkina Faso və Mali Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) Nigerə mümkün hərbi müdaxiləsinin onlara qarşı müharibə elanı olacağını bəyan ediblər.


Mali hökumətinin sözçüsü Abdoulaye Maiga, ECOWAS-ın Nigerdəki xuntaya qarşı təşkil edə biləcəyi hərbi müdaxilə ilə bağlı Burkina Faso və Mali adından birgə bəyanat səsləndirib.

Bəyanatda Mali və Burkina Faso xalqlarının çevrilişdən sonra ECOWAS-ın tətbiq etdiyi sanksiyalar qarşısında Niger xalqı ilə həmrəy olduğu qeyd edilib.

"ECOWAS Nigerə hərbi müdaxilə edərsə, bu, Burkina Faso və Maliyə müharibə elanı olacaq" - deyə bildirilən açıqlamada, "NATO-nun Liviyaya müdaxiləsində olduğu kimi", bu müdaxilənin də uzunmüddətli perspektivdə regionda sabitliyi pozacağı xəbərdarlığı edilib.

Açıqlamada, müdaxilənin baş verəcəyi təqdirdə Mali və Burkina Fasonun ECOWAS-dan çıxa biləcəyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu