Fransa Burkina Faso üçün inkişaf və büdcə dəstəyini dayandırıb


Fransa Xarici İşlər Nazirliyi Burkina Faso üçün bütün inkişaf yardımlarını və büdcə dəstəyini dayandırıb.


Nazirlikdən verilən yazılı açıqlamada, Burkina Fasoya bütün inkişaf yardımlarının və büdcə dəstəyinin növbəti xəbərdarlığa qədər dayandırıldığı qeyd edilib.

Xarici İşlər Nazirliyinin məlumatına görə, ötən il Burkina-Fasoya 13 milyon avro büdcə yardımı planlaşdırılıb, Fransanın bu ölkəyə göstərdiyi inkişaf yardımının ümumi məbləği 482 milyon avro təşkil edib.

Keçən il biri yanvar, digəri isə sentyabr olmaqla iki hərbi çevriliş yaşayan Burkina Faso, bu ilin yanvar ayında Sabre əməliyyatı çərçivəsində Fransa əsgərlərinin ölkədən çıxmasını tələb edib.

Fransa qoşunlarını geri çəkməyə razılaşıb, lakin inkişaf yardımı və büdcə dəstəyi ilə davam edib.

Burkina Faso bu yaxınlarda Mali və Nigerdəki hərbi xuntaya dəstək verdiyini açıqlayıb.

İyulun 30-da Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) Nigerdəki hərbi xuntaya prezident Məhəmməd Bazumu azad edib vəzifəsinə qayıtmaq üçün bir həftə vaxt verib.

ECOWAS, bu müddət ərzində tələblərinin yerinə yetirilməməsi halında hərbi müdaxilə də daxil olmaqla, bütün variantları nəzərdən keçirəcəklərini açıqlamışdı.

Burkina Faso və Mali də ECOWAS-a Nigerə hərbi müdaxilənin onlara qarşı müharibə aparmaq mənasına gələcəyi barədə xəbərdarlıq ediblər.

Fransa iyulun 26-da hərbçilər tərəfindən ələ keçirilən Nigerə bütün maliyyə yardımlarını iyulun 29-da dayandırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu