Fransa Nigerə bütün maliyyə yardımını dayandırdı


İyulun 26-da Nigerdə ​​baş verən hərbi çevrilişdən sonra Fransa bu ölkəyə bütün maliyyə yardımlarını dayandırdığını bəyan edib.


Fransa Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilir ki, Nigerə bütün inkişaf yardımlarını və büdcə dəstəyini dərhal dayandırılıb.

Bəyanatda həmçinin Fransa Nigerin devrilmiş prezidenti Məhəmməd Bazum dövründə konstitusiya quruluşuna qayıtmağa çağırıb.

Qeyd edək ki, Nigerdə ​​Prezident Mühafizə Alayının üzvləri iyulun 26-da prezident Məhəmməd Bazumu saxlayıb və axşam saatlarında televiziyada çevriliş bəyanatı oxuyaraq idarəni ələ keçirdiklərini açıqlayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu