Afrika İttifaqı Qabonun üzvlüyünü dayandırıb


Afrika Birliyi hərbi çevrilişdən sonra Qabonun üzvlüyünü dayandırdığını açıqlayıb.


Afrika İttifaqının (AfB) Sülh və Təhlükəsizlik Şurasından verilən açıqlamada 30 avqustda Qabonda baş verən hərbi müdaxilədən sonra ölkənin AfB-nin bütün fəaliyyətlərində iştirakının dayandırıldığı bildirilib.

Bəyanatda prezident Əli Bonqonun istefaya göndərilməsi şiddətlə pislənilib və konstitusiya quruluşuna qayıtmağa çağırılıb.

AfB bəyanatının Qabondakı çevrilişdən bir gün sonra gəlməsi diqqət çəkib.

Nigerdə ​​26 iyul çevrilişindən sonra AfB yalnız avqustun 22-də bu ölkənin üzvlüyünü dayandırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu