Şarl Mişel Şəhidlər xiyabanını ziyarət etdi
Xəbər verdiyimiz kimi, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycana işgüzar səfər gəlib.
Şəhidlər xiyabanını ziyarət edən Ş.Mişel abidə kompleksi önünə əkil qoyub.
"Bakıda Şəhidlər xiyabanında mən Azərbaycana qarşı Sovet aqressiyasının qurbanlarının xatirəsini yad etdim.
Təhlükəsiz, sabit və çiçəklənən Cənubi Qafqaz regionu Avropa İttifaqının marağındadır və bizim Şərq Tərəfdaşlığımızın ayrılmaz bir hissəsidir.
Azərbaycan müstəqilliyinin 30 illiyini qeyd edir", - deyə Ş.Mişel tvitterdə yazıb.
Qeyd edək ki, Aİ Şurasının Prezidenti Şarl Mişel Cənubi Qafqaz regionuna səfərdədir. O, iyulun 16-17 Ermənistanda səfərdə olub, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan və Prezident Armen Sarkisyanla görüşüb. Bu gün isə o, Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.