Nigeriya ordusu çevriliş cəhdi iddialarını təkzib etdi


Nigeriya ordusu mətbuatda yer alan çevriliş cəhdi iddialarının həqiqəti əks etdirmədiyini açıqlayıb.



Ordudan verilən açıqlamada, mətbuatda yer alan çevriliş cəhdi iddialarının əsassız olduğu bildirilib və ordunun demokratiyanı qorumaq əzmi vurğulanıb.

Yerli mətbuatda yer alan xəbərlərdə dövlət çevrilişi cəhdi olduğu iddia ediləndən sonra prezident mühafizəçilərinin həyəcan təbili çaldığı və Nigeriya prezidenti Bola Əhməd Tinubunun təcili toplantılar keçirdiyi iddia edilib.

Afrikanın 220 milyon əhalisi ilə ən sıx məskunlaşan ölkəsi Nigeriyada yerli pul vahidi dollar qarşısında tarixinin ən aşağı səviyyəsindədir.

Zəngin neft və təbii qaz ehtiyatlarına sahib olan Nigeriya iqtisadiyyatı gəlir bərabərsizliyi, Boko Haram və silahlı dəstə üzvlərinin hücumları kimi problemlərdən mənfi təsirlənir.

Ölkələrində iqtisadi böhran və təhlükəsizlik problemləri səbəbiylə çətin şəraitdə yaşayan bəzi nigeriyalılar daha yaxşı həyat ümidi ilə qeyri-qanuni yollarla Avropaya qaçmağa çalışırlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu