Nigeriya ordusu Boko Haramın girov saxladığı 25 nəfəri azad edib


Nigeriya ordusunun Boko Haram terror təşkilatı tərəfindən ölkənin şimal-şərqində girov götürdüyü 25 nəfəri əməliyyatla xilas etdiyi açıqlanıb.


Nigeriya ordusunun sözçüsü Onyema Nvaçukvu verdiyi açıqlamada Nigeriya ordusunun Borno əyalətinin Qobara kəndində Boko Harama qarşı əməliyyat keçirdiyini bildirib. Nvaçukvu qeyd edib ki, terrorçular tərəfindən girov götürülən 8-i uşaq və 6-sı qadın olmaqla, ümumilikdə 25 nəfər xilas edilib. O, xilas edilənlərin araşdırmalardan sonra ailələrinə təhvil veriləcəyini bildirib.

Nigeriyada 2000-ci illərin əvvəllərindən bəri mövcud olan Boko Haramın 2009-cu ildən bəri həyata keçirdiyi kütləvi zorakılıqlarda on minlərlə insan həyatını itirib.

Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu