Polisin ələ keçirdiyi narkotiki siçan "yedi"


Hinistanın Uttar Pradeş əyalətindəki bir məhkəmədə hakim polislərin narkotik qaçaqçılığı davalarında dəlil olaraq ələ keçirilən uyuşdurucu maddələri göstərmələrini tələb edib.


AFN.az həmin ölkənin mediasına istinadən xəbər verir ki, hakim Uttar Prateş polisdən ələ keçirilən uyuşdurucu maddələrin məhkəmədə sübut kimi göstərilməsini istəyəndə polislər 195 kq narkotikin siçanlar tərəfindən “yeyildiyini” bildiriblər.
Uyuşdurucu maddələrin siçanlar tərəfindən “yeyilməsi” Hindistan əyalətlərində ilk hadisə deyil. Belə ki, 386 kq maddə ələ keçirildiyi deyilən başqa bir olayda da məhkəməyə narkotikin siçanlar tərəfindən yeyildiyi qeyd edilən raport təqdim edilmişdi. Hakim Chovdhuru ələ keçirilən təqribən 700 kq narkotikin Mathura bölgəsindəki polis şöbələrində saxlandığını və “hamısının da siçan istilası təhlükəsi altında olduğunu” bildirib.

NAZİLƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu