Brüssel həbsxanasını siçanlar "işğal etdi"


Belçikanın paytaxtı Brüsseldəki Saint Gilles həbsxanasına gigiyena qaydalarına riayət edilmədiyi üçün siçanlar hücum edib.


Yerli KİV-in məlumatına görə, şəhərin mərkəzi həbsxanası olan Sent Gillesdə idarəolunmaz siçovul istilası var.

Məhkumlar bildirirlər ki, siçanlar çox tez çoxalır, onların hücrələrinə daxil olur və gigiyena olmadığı üçün yaşayış şəraiti qeyri-insani olur.

Saint Gilles həbsxanasının sözçüsü Valerie Callebaut vəziyyəti ciddiyə aldıqlarını və gigiyena planı hazırladıqlarını deyib.

Məsələ ilə bağlı Brüsseldəki bütün həbsxanalardan məsul olan Stijn Van den Abelin mətbuatda verdiyi açıqlamalar diqqət çəkib. "Həbsxana heç vaxt bütün siçovulları məhv etməyə çalışmaz, çünki onlar faydalıdırlar. Onlar məhbusların tualetə atdıqları çirkli tualet kağızını və ya digər əşyaları borular vasitəsilə çəkirlər. Siçovullar olmasaydı, bütün borular tıxanardı", - Van den Abele deyib.

Belçikada həbsxanalardakı əlverişsiz şərait tez-tez ölkənin gündəminə gəlir. İlin əvvəlində bütün ölkə üzrə həbsxana işçiləri maaşlarının və iş şəraitinin yaxşılaşdırılması kimi tələblərlə bir günlük tətilə çıxıblar.

Avropa Şurasının İşgəncələrin, Qeyri-insani və ya ləyaqəti alçaldan Rəftar və Cəzanın Qarşısının Alınması üzrə Komitəsi (CPT) 29 noyabr 2022-ci il tarixli hesabatında Belçikada həbsxanalarda həddindən artıq sıxlıq, qeyri-adekvat sanitariya və sanitar şərait və zorakılıq kimi davamlı problemlər olduğunu bildirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu