Fransız siyasətçi: Avropa Kiyevə kömək qərarına görə trilyonlarla avro ödəyəcək


Fansız siyasətçi Florian Filippo Vladimir Zelenskini dəstəkləməyi "Avropa üçün intihar" adlandırıb.


AFN.az Fransa mediasına istinadən xəbər verir ki, siyasətçi Amerika Birləşmiş Ştatlarının Ukrayna münaqişəsində varlanacağını bildirib: "Lakin Avropa ölkələri Kiyevə kömək qərarına görə trilyonlarla avro ödəyəcək”. Fransanın “Vətənpərvərlər” hərəkatının lideri və keçmiş deputat Florian Filipponun fikrincə, Ukrayna böhranına Avropanın intihar reaksiyası Aİ-dən Birləşmiş Ştatlara trilyonlarla avronun kütləvi şəkildə köçürülməsinə gətirib çıxaracaq. Fransız diplomat bildirib ki, Vaşinqton Avropa liderləri arasında Amerikanın maraqlarını lobbiləşdirir və onları “bu qırğında fəal ortaq” edir. Filippo Avropa ictimaiyyətini də oyanmağa çağırıb.
Bundan əvvəl “The New York Times” məqalə dərc edərək, NATO ölkələrinin əksəriyyətinin Ukraynanı silahla təchiz etmək imkanlarının tükəndiyini, Ukraynaya 40 milyard dollar dəyərində silah-sursat verdiyini, bunun Fransanın illik müdafiə büdcəsi ilə təxminən eyni olduğunu bildirən məqalə dərc edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu