Avropa İttifaqı Kiyevə yeni yardım tranşının köçürülmə vaxtını açıqladı


Avropa İttifaqı (Aİ) fevralın 1-də təsdiqlənmiş yeni yardım proqramı çərçivəsində ilk 4,5 milyard avronu Kiyevə mart ayında köçürəcək.



Kiyevə yeni yardım tranşının köçürülmə vaxtını Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen X sosial şəbəkəsində açıqlayıb.

“Biz Ukraynaya 50 milyard avro məbləğində kreditin verilməsi ilə bağlı gələcək addımları müzakirə etdik. 4,5 milyard avroluq ilk ödəniş martda köçəcək. Biz Ukraynanın ixracatının öhdəsindən necə gələcəyimizi və quru sərhədindəki problemləri necə həll edəcəyimizi müzakirə etdik”, o, Ukraynanın baş naziri Denis Şmıqal ilə Kiyevdə baş tutan görüşü şərh edərkən yazıb.

Bundan əlavə siyasətçi bildirib ki, görüş zamanı müdafiə sənayesi üzrə birgə iş məsələləri müzakirə olunub.

Fevralın 1-də Avropa İttifaqı 27 üzv ölkənin hamısının razılığı ilə Ukraynaya 50 milyard avro dəyərində büdcə yardımı proqramını təsdiqləyib. Proqram 2027-ci ilə qədər fəaliyyət göstərəcək və Ukrayna üçün sabit, uzunmüddətli və proqnozlaşdırıla bilən maliyyələşdirməni təmin etmək planlaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu