ABŞ Yaponiya və Cənubi Koreyanın nüvə çətirini gücləndirrəcək


Ağ Ev Şimali Koreyaya qarşı yeni sanksiyalar paketi üzərində işləyir və Yaponiya ilə Cənubi Koreya üçün nüvə çətirini gücləndirmək istiqamətində əməli addımlar hazırlayır.


AFN.az-ın xarici mətbuata əsasən yazdığı xəbərə görə, bu varədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan ABŞ-Cənubi Koreya münasibətlərinə həsr olunmuş konfransda deyib. ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan konfransda bildirib ki, Şimali Koreyanın raket buraxılışları fonunda ABŞ Yaponiya və Cənubi Koreya ilə üçtərəfli müdafiə və kəşfiyyat əməkdaşlığını, eləcə də sanksiyaların tətbiqi sahəsində əməkdaşlığı davam etdirir. Hazırda yeni sanksiyalar paketi üzərində işlədiklərini deyən müşavir hansı tədbirlərdən bəhs etdiyini açıqlamayıb. Eyni zamanda, Sallivan bildirib ki, dövlətlər KXDR ilə ciddi və davamlı dialoqa açıqdır və heç bir ilkin şərt olmadan görüşə hazırdır. Onun sözlərinə görə, ABŞ Şimali Koreyaya qarşı heç bir düşmən niyyətlərinin olmadığını açıq şəkildə bildirib.
Prezidentin köməkçisi ələvə edib ki, ABŞ-ın KXDR ilə bağlı siyasətinin əsas məqsədi Bayden administrasiyasının ilk günündən olduğu kimi Koreya yarımadasının tam nüvəsizləşdirilməsi olaraq qalır. Sullivan bildirib ki, ABŞ Yaponiya və Cənubi Koreya ilə Vaşinqtonun müttəfiqlər üçün nüvə çətiri təmin etmək öhdəliyini gücləndirmək üçün tədbirlər üzərində işləyir: “Genişlənmiş çəkindirmə öhdəliyini gücləndirmək üçün atacağımız konkret, praktiki addımlara ABŞ-ın strateji imkanlarının regionda daha ciddi mövcudluğu daxildir".

N.Nəriman



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu