Cənubi Koreya: "Şimali Koreyanın təxribatlarına dərhal və qəti cavab veriləcək"


Cənubi Koreya prezidenti Yoon Suk Yeol bəyan edib ki, Şimali Koreyanın istənilən təxribatına qarşı ölkəni müdafiə etmək üçün dərhal və üstünlüklə cavab vermək qabiliyyətini gücləndirəcəklər.



Yonhap-ın məlumatına görə, Yoon Koreya Veteranlar Dərnəyinin 71-ci ildönümü mərasimində “Şimali Koreya təhlükəsi” ilə bağlı açıqlama verib.

Cənubi Koreyanın təhlükəsizliyinin daxildən və xaricdən təhdid altında olduğunu bildirən Yoon, saxta xəbərlər və yalan manipulyasiyalar vasitəsilə edilən təxribatlar ölkənin demokratiyasını təhdid etdiyini vurğulayıb.

Yoon Şimali Koreyanın nüvə təhdidləri və təxribatlarının qarşısını almaq üçün Cənubi Koreya-ABŞ ittifaqını nüvə əsaslı ittifaq səviyyəsinə yüksəltdiklərini bildirib.

Bu kontekstdə Cənubi Koreya, ABŞ və Yaponiya arasında təhlükəsizlik əməkdaşlığını daha da gücləndirdiklərini ifadə edən Yoon, “Hər hansı bir təxribata dərhal və hakim şəkildə cavab vermək qabiliyyətimizi gücləndirərək Cənubi Koreyanı ciddi şəkildə qoruyacağıq və xalqımızın təhlükəsizliyini müdafiə edəcəyik"ifadələrini işlədib.

Digər tərəfdən, Müdafiə Nazirliyindən verilən açıqlamada ordunun Şimali Koreyanın mümkün hücumlarına qarşı hazır olduğu bildirilib.

Qeyd edək ki, Şimali Koreyada Cənubi Koreya-ABŞ-Yaponiya əməkdaşlığının dəhşətli təhlükə yaratdığı əsası ilə ölkənin varlığını və inkişafını təmin etmək, regional və qlobal sülhü qorumaq məqsədilə nüvə silahı istehsalını sürətləndirmək üçün qanun qəbul edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu