Cənubi Koreya: "Şimali Koreyanın nüvə proqramları Hind-Sakit okean üçün ekzistensial təhlükədir"


Cənubi Koreya prezidenti Yoon Suk-Yeol Şimali Koreyanın nüvə və raket inkişafı proqramlarının Hind-Sakit okean regionu üçün "ekzistensial təhlükə" olduğunu qeyd edərək, BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) Pxenyana qarşı sanksiyalarını ciddi icra etməyə çağırıb.


"Yonhap"ın xəbərinə görə, Prezident Aparatından verilən açıqlamaya əsasən, Yoon İndoneziyanın paytaxtı Cakartada keçirilən 43-cü ASEAN Zirvəsi çərçivəsində keçirilən Şərqi Asiya Sammitində (EAS) çıxış edib.

Yoon bildirib ki, həm ölkəsi, həm də ASEAN həmrəylik içində hərəkət edərək, Hind-Sakit Okeanda əhatəlilik, etimad və qarşılıqlılıq prinsiplərinə əsaslanan nizam-intizam yaratmaqla regionda azadlıq, sülh və rifahı hədəfləyir.

BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyalara əməl etmənin məsuliyyətini vurğulayan Yoon, "Şimali Koreyanın nüvə və raket proqramları BMT Təhlükəsizlik Şurasının qətnamələrinin ciddi şəkildə pozulması, dünya sülhünə birbaşa meydan oxumaq və bu toplantıda iştirak edən bütün xalqlar üçün ekzistensial təhlükədir" deyə bildirib.

Yoon Pxenyanın nüvə və raket proqramları üçün maliyyə mənbələrinin bloklanmasının zəruriliyinə diqqət çəkərək, ölkələri buna çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu