"Nintendo"dan 3,2 milyard dollar xalis mənfəət


Kyotoda yerləşən istehlak elektronikası şirkəti 2023-cü maliyyə ili üçün 2023-cü ilin aprel 2024-cü ilin mart aylarını əhatə edən hərtərəfli balans hesabatını və 2024-cü maliyyə ili gözləntilərini açıqlayıb.



Yapon oyun konsolu istehsalçısı "Nintendo" 2023-cü maliyyə ili üçün xalis mənfəətini 13,4 faiz artıraraq 490,6 milyard yenə, təxminən 3,2 milyard dollara çatdırıb.

Bu rəqəm firmanın ən yüksək xalis mənfəəti olub.

Məhsul satış gəlirləri 4,4 faiz artaraq 1,67 trilyon yen, təxminən 10,8 milyard dollar olub.

“Super Mario” mövzulu film və oyunların satışlarının artması artıma müsbət təsir edib.

Açıqlamada ilk dəfə 2017-ci ildə buraxılan məşhur "Switch" model oyun konsolunun satış məlumatları da yer alıb.

"Switch" konsolu 2020-ci maliyyə ilində 28,8 milyon, 2021-ci maliyyə ilində 23 milyon, 2022-ci maliyyə ilində 17,9 milyon, 2023-cü maliyyə ilində isə 15,7 milyon ədəd satılıb.

Nintendo prezidenti Furukava Şuntaro verdiyi açıqlamada yeni model oyun konsolunun 2025-ci ilin martında bitəcək cari maliyyə ilinin sonuna doğru çıxacağını bildirib.

Yaponiya şirkəti 2025-ci ilin martında başa çatacaq 2024-cü maliyyə ilində xalis mənfəətinin 38,9 faiz azalaraq 300 milyard yen, təxminən 1,94 milyard dollar olacağını gözləyir.

Maliyyə ili ərzində həm oyun konsollarının, həm də oyun proqramlarının satışında azalma gözlənilir.

Şirkət həmçinin 2024-cü ilin payızında mərkəzi Kyoto şəhərində oyun həvəskarları üçün “Nintendo Muzeyi” açmağı planlaşdırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu