Oktyabr-dekabr aylarında Microsoft və Alphabet-in gəlirləri artıb


2023-cü ilin oktyabr-dekabr dövründə ABŞ-ın texnologiya şirkətlərindən olan Microsoft və Google-un ana şirkəti Alphabet-in gəlirləri artıb.



Təqvimində 31 dekabr 2023-cü ildə başa çatan 3 aylıq dövrü 2024-cü maliyyə ilinin ikinci rübü kimi qəbul edən Microsoft, balans hesabatını açıqlayıb.

Buna görə şirkətin gəliri bu dövrdə əvvəlki ilin eyni dövrünə görə yüzdə 18 artaraq 62 milyard dollara çatıb. Microsoft 2022-ci ilin eyni dövründə 52,7 milyard dollar gəlir əldə edib.

Şirkətin xalis mənfəəti eyni dövrdə yüzdə 33 artaraq 21,9 milyard dollara çatıb. Ötən ilin oktyabr-dekabr dövründə şirkətin xalis mənfəəti 16,4 milyard dollar olub.

Microsoft-un əvvəlki ilin son üç ayında 2,20 dollar olaraq hesablanan səhm başına xalis mənfəəti keçən il 2,93 dollar olaraq qeydə alınıb.

ABŞ-ın texnologiya nəhənginin sözügedən balans dövründə Activision Blizzard-ın alınmasını tamamladığı xatırladılıb.

Alphabet-in də gəliri gözləntiləri üstələyib.

Google-un ana şirkəti Alphabet də ötən ilin son rübü üçün balans hesabatını açıqlayıb.

Buna görə, Alphabet-in 2023-cü ilin oktyabr-dekabr dövründəki gəliri əvvəlki ilin eyni dövrünə görə yüzdə 13 artaraq 86,3 milyard dollara çatıb. Şirkət 2022-ci ilin dördüncü rübündə 76 milyard dollar gəlir əldə edib.

Ötən ilin son rübündə Alphabet-in ümumi gəliri analitiklərin təxminlərini üstələsə də, 65,5 milyard dollarlıq reklam gəliri gözləntilərin altında olub.

Şirkətin xalis mənfəəti son rübdə 2022-ci ilin eyni dövrü ilə müqayisədə təxminən yüzdə 52 artaraq 20,7 milyard dollara çatıb. “Alphabet” ötən ilin eyni rübündə 13,6 milyard dollar xalis mənfəət əldə edib.

Alphabet-in səhm üzrə qazancı da 1,05 dollardan 1,64 dollara yüksəlib.

Şirkətin ötən il ümumi gəliri 307,4 milyard dollar olaraq hesablanıb. Alphabet 2022-ci ildə 282,8 milyard dollar gəlir əldə etdiyini açıqlayıb.

Alphabetin 2023-cü ildə xalis mənfəəti 73,8 milyard dollar olaraq qeyd edilib. Şirkət ötən il təxminən 60 milyard dollar xalis mənfəət əldə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu