Microsoft ilə Activision arasındakı müqavilə uzadıldı


Microsoft-un kompüter oyunları şirkəti Activision Blizzard-ı 69 milyard dollara alması ilə bağlı müqavilənin müddəti oktyabrın 18-dək uzadılıb.


Activision Blizzard-ın ilin ikinci rübünün maliyyə nəticələri ilə bağlı bəyanatında Microsoft ilə birləşmə müqavilələri də yer alıb. Microsoft-un keçən ilin əvvəlində açıqlandığı kimi Activision Blizzard-ı hər bir səhm üçün 95 dollara almağı planlaşdırdığına diqqət çəkilərək, əməliyyatın hər iki şirkətin idarə heyəti və Activision səhmdarları tərəfindən təsdiqləndiyi xatırladıldı.

Açıqlamada, dünən imzalanan razılaşma ilə daha yüksək xitam haqları və yeni kommersiya tənzimləmələri qarşılığında Microsoft ilə birləşmə müqaviləsinin oktyabrın 18-dək uzadıldığı bildirilib.

Microsoft-dan verilən açıqlamada qeyd olunub ki, Activision Blizzard ilə qalan tənzimləyici narahatlıqları həll etmək üçün əlavə vaxt təmin etmək üçün birləşmə müqaviləsinin son müddətini oktyabrın 18-dək uzatmaq barədə razılığa gəliblər.

Bu kontekstdə, əməliyyata avqustun 29-dan sonra xitam verildiyi təqdirdə Microsoft Activision Blizzard-a 3,5 milyard dollar, sentyabrın 15-dən sonra isə 4,5 milyard dollarlıq xitam haqqı ödəyəcək.

İstənilən xitam ödənişləri yalnız sövdələşmə bağlanmadıqda həyata keçiriləcək.

Mənbə:AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu