İraqda ABŞ əsgərlərinin yerləşdiyi bazaya raket hücumu


İraq və Suriyada ABŞ əsgərlərinin yerləşdiyi bazalara yenidən hücumlar başlayıb.



ABŞ rəsmisi İraqın qərbində ABŞ əsgərlərinin yerləşdiyi bazaya raket hücumu edildiyini açıqlayıb.

Hücumun İraqdakı bazalara fevraldan bu yana ikinci hücum olduğunu bildirən səlahiyyətli, “Dünən Ayn əl-Əsəd Hərbi Hava Bazasına hücum olub, heç bir yaralanma və dağıntı yoxdur. Bu, fevralın 4-dən bəri ABŞ qüvvələrinə ikinci hücumdur" ifadələrini işlədib.

İsrailin Qəzza zolağına hücumlarının başladığı 2023-cü ilin oktyabrından ötən fevral ayına qədər İraq və Suriyada ABŞ hərbçilərinə qarşı 165-dən çox hücum həyata keçirilib.

Qeyd edək ki, aprelin 21-də İraq ərazisindən ABŞ qüvvələrinin Suriyanın Həsəkə bölgəsində yerləşdiyi Harap əl-Cir bazasına qarşı 5 raket atılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu