Suriyadakı ABŞ bazasına hücumlar həyata keçirilib


Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində ABŞ qüvvələrinin yerləşdiyi Ömər neft yatağına silahlarla 10 hücum həyata keçirilib.


Bu barədə yerli mənbələrdən əldə edilən məlumatda bildirilir.

Hücum zamanı bazaya və ətrafına raketlər düşüb.

Təcili yardımların göndərildiyi bazada ölən və yaralanan ABŞ əsgərlərinin olduğu bildirilir.

Bu olaylardan sonra ABŞ helikopterləri neft yatağının üzərindən uçub.

Baza ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

İranın dəstəklədiyi qruplar vaxtaşırı Fərat çayının şərq sahilindəki ABŞ bazalarına yerdən-yerə silahlar və PUA-larla hücum edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu