ABŞ Suriyadakı bazalarına əlavə qüvvələr göndərib


ABŞ ordusu Suriyanın şərqindəki Deyr əz-Zor və Həsəkə əyalətlərində İranın dəstəklədiyi qruplarla gərginlik yaşanan hərbi bazalarının yerləşdiyi bölgələrə əlavə qüvvələr göndərib.



Yerli mənbələrdən alınan məlumata görə, ötən gecə ABŞ qüvvələrinin karvanı İraq və Suriya arasındakı Əl-Valid Sərhəd Qapısından Həsəkəyə daxil olub.

ABŞ əsgərlərini daşıyan 20 Bradley tipli zirehli maşından ibarət karvan əvvəlcə Həsəkə vilayətinin Rumeylan qəsəbəsindəki hərbi bazaya gəlib.

Konvoyun bir hissəsi buradan 7 oktyabr 2023-cü ildən İranın dəstəklədiyi terror qrupları ilə gərginliyin yaşandığı Fərat çayının şərq sahilindəki Ömər Neft Yatağındakı bazaya köçürülüb.

ABŞ ordusu daha əvvəl 5-6 yanvar və 23 yanvar tarixlərində Hasəkədəki Harab Cir və Kasrekdəki bazalarına və Deyr əz-Zordakı Ömər neft yatağına hərbi yük göndərmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu