ABŞ Suriyadakı bazalarına əlavə qüvvələr göndərib


ABŞ ordusu Suriyanın Həsəkə və Deyr əz-Zor əyalətlərində terror təşkilatı PKK/YPG-nin işğal etdiyi bölgələrdəki bazalarına 40 maşından ibarət əlavə hərbi qüvvə göndərib.



ABŞ qüvvələrinin karvanı ötən gecə İraq və Suriya arasındakı Əl-Valid Sərhəd Qapısından Həsəkəyə daxil olub.

ABŞ əsgərlərini daşıyan 5-i Bradley tipli zirehli maşın da daxil olmaqla 40 maşından ibarət karvan əvvəlcə Hasəkə vilayətinin Rumeylan qəsəbəsindəki hərbi bazaya gəlib.

Yanacaq tankerləri, tibbi ləvazimatlar və alçaq hündürlükdə hava hücumundan müdafiə radarlarından ibarət karvan daha sonra Fərat çayının şərq sahilindəki Ömər neft yatağındakı bazaya doğru hərəkət edib.

ABŞ ordusu bundan əvvəl 5-6, 23 yanvar və 13 fevral tarixlərində Hasəkədəki Harab Cir və Kasrekdəki bazalarına və Deyr əz-Zordakı Ömər Neft Yatağına hərbi yüklər göndərmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu