Sinqapurda F-16 qırıcısı qəzaya uğrayıb


Sinqapurda F-16 qırıcı təyyarəsi qalxma zamanı yaranan problem nəticəsində qəzaya uğrayıb və pilotun oturacaqdan atma üsulu ilə xilas edildiyi açıqlanıb.



Sinqapur Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Sinqapur Hərbi Hava Qüvvələrinə aid F-16 döyüş təyyarəsi havaya qalxarkən problemlə üzləşib və qısa müddət sonra Tengah aviabazasında qəzaya uğrayıb.

Açıqlamada pilotun oturacaq atma üsulu ilə xilas edildiyi ifadə edilərək, "Pilot sağdır. O, huşu yerindədir və yeriyə bilir" qeyd edilib.

Pilota ilkin tibbi yardım göstərilib və qəza ilə bağlı araşdırmalara başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu