Rusiyanın Ukraynada mina terroru


Prezident Vladimir Zelenski rus işğalçılarının ukraynalılara qarşı mina terrorunun raket terrorundan daha qəddar olduğunu deyib. O vurğulayıb ki, ölkəsi mina təhlükəsinə qarşı illərlə mübarizə aparılmalı olacaq, çünki söhbət 170 min kvadrat kilometrdən çox təhlükəli ərazidən gedir.


AFN.az UNİAN-a istinadən xəbər verir ki, xalqa müraciətində Zelenski bir gün əvvəl Xerson vilayətində mina partlayışı nəticəsində həlak olan polis əməkdaşlarına ölümündən sonra dövlət mükafatları verilməsi haqqında fərman imzalayıb: "Onlar ukraynalıların təhlükəsizliyi üçün hər şeyi etdilər. Tapşırıqlardan birini yerinə yetirdikdən sonra artıq geri qayıdardılar. İşğalçıların anbarlarından Xerson vilayətində xeyli qalmış silah və sursatları ələ keçirərkən mina tələsinə düşüblər".
Zelenski vurğulayıb ki, bu, illərlə qarşısı alınmalı olan Rusiya terrorunun bir növüdür: "Terrorçular bilərəkdən mümkün qədər çox ölümcül tələlər buraxmağa çalışırlar. Yeraltı minalar, keçid naqilləri, minalanmış binalar, avtomobillər və infrastruktur minalanıb. Əminəm ki, məhz mina terroru Rusiyaya qarşı aqressiyada ittiham olunan məqamlardan biri olacaq. Bu, raket terrorundan daha qəddar və alçaqdır, çünki heç olmasa bir hissəsini məhv edə biləcək belə bir mina əleyhinə sistem yoxdur. Bizim hava hücumundan müdafiəmiz kimi mina terrorundan qorunmaq mümkün deyil”. Ukrayna prezidenti, həmçinin minaların təmizlənməsində Ukraynaya kömək edən bütün tərəfdaşlara təşəkkürünü bildirib. Söhbət Kanada, Yaponiya, Böyük Britaniya, Slovakiya və digər ölkələrdən gedir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu