Kanada sanksiyaları bərpa edib


Kanada hakimiyyəti “Şimal axını” və “Şimal axını 2” boru kəmərlərinin hissələrinə sanksiyaları bərpa edir.


AFN.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Melani Coli deyib. Kanada hökuməti Monrealda təmirdə olan boruların Almaniyaya qaytarılmasına icazə vermək üçün əvvəllər verdiyi müvəqqəti icazədən imtina etmək qərarına gəlib. Bloomberg-in məlumatına görə, Kanada hakimiyyətinin bununla bağlı qərarı artıq Almaniya və Ukrayna hökumətlərinin diqqətinə çatdırılıb. Kanadanın baş naziri Castin Trüdo və Almaniya kansleri Olaf Şolz çərşənbə axşamı telefon danışığı zamanı bu məsələni müzakirə ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu