Kanada Baş Nazirindən şok iddia: "Niccarın ölümünün arxasında Hindistan dövləti ola bilər"


Kanadanın baş naziri Castin Trüdo bildirib ki, separatçı təşkilatı KLF-nin lideri Niccarın ölümünün arxasında Hindistan dayana bilər.


"Hər hansı bir xarici hökumətin Kanada torpaqlarında bir Kanada vətəndaşının qətlində iştirakı suverenliyin qəbuledilməz pozulmasıdır" - deyə Trüdo bildirib. O, İcmalar Palatasındakı çıxışında qeyd edib ki, Hindistanda separatçı Sıx təşkilatı olan Xalistan Azadlıq Qüvvələrinin (KLF) lideri Hardeep Singh Niccarın Kanadada öldürülməsinin arxasında Hindistan hökuməti dayana bilər.

KLF lideri Hardeep Singh Nijjar iyunun 18-də Kanadada öldürülüb. 2022-ci ildə Pəncabın Calandhar şəhərində hindu din xadimini öldürdüyünə görə axtarışda olan Niccarın ölümündən aylar keçməsinə baxmayaraq, Kanadanın baş naziri Castin Trüdo bu gün İcmalar Palatasındakı çıxışında məsələyə toxunub.

Baş Nazir Kanada kəşfiyyatının Hindistan hökuməti ilə Niccarın ölümü arasında əlaqə aşkarladığını bildirib. O, qeyd edib ki, məsələni G20 Sammiti zamanı Hindistanın baş naziri Narendra Modinin diqqətinə çatdırıb.

Xalistan Azadlıq Qüvvələri 1987-ci ildən Hindistanda hərbi və diplomatik hədəflərə hücumlar həyata keçirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu