Hindistan Kanada vətəndaşları üçün vizaları dayandırdı


Kanadada Sıx separatçı təşkilatı Khalistan Liberation Force (KLF) lideri Hardeep Singh Nijjarın qətlindən sonra mübahisə davam etdiyi üçün Hindistan Kanada vətəndaşları üçün vizaları dayandırıb.


Sözügedən addımla bağlı Kanadada Hindistan viza müraciətlərini qəbul etməyə səlahiyyətli təşkilat BLS International-ın internet saytından açıqlama verilib.

Açıqlamada "21 sentyabr tarixindən etibarən əməliyyat səbəblərinə görə Hindistan viza xidmətləri növbəti bildirişə qədər dayandırılıb." sözləri qeyd edilib.

Hindistan rəsmisi mətbuata açıqlamasında qərarı təsdiqləsə də, qərarın səbəbi ilə bağlı açıqlama verməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu