Hindistan Kanadaya getməyi planlaşdıran vətəndaşlarına xəbərdarlıq edib


Hindistanda separatçı Sıx təşkilatı olan Xalistan Qurtuluş Qüvvələrinin (KLF) lideri Hardeep Singh Nijjarın qətli ilə bağlı Kanada ilə Hindistan arasında yaranan mübahisədən sonra Yeni Dehli hökuməti Kanadaya səyahət etməyi planlaşdıran və bu ölkədə olan vətəndaşlarına ehtiyatlı olmağı tövsiyə edib.


Hindistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada, xəbərdarlığın Kanadada "anti-Hind fəaliyyətləri, nifrət cinayətləri və zorakılıq hadisələri" səbəbiylə edildiyi və Hindistan diplomatlarının və ölkədəki cəmiyyətin "hədəf" olduğu qeyd edilib.

Açıqlamada Hindistan vətəndaşları və Kanadadakı tələbələr ölkədə sözügedən hadisələrin baş verdiyi bölgələrə getməməyə çağırılıb və bu ölkəyə səyahət etməyi planlaşdıran Hindistan vətəndaşlarına da diqqətli olmaları barədə xəbərdarlıq edilib.

Bəyanatda həmçinin Kanadadakı hindli tələbələrə ölkədəki “təhlükəsizliyin zəif olması” səbəbindən diqqətli olmaları tövsiyə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu