Ukrayna MN Belarusun iddialarına cavab verdi


Ukrayna Müdafiə Nazirliyi Belarusun S-300 raketlərinin öz ərazisinə düşməsi ilə bağlı ittihamlarına cavab verib.


AFN.az UNİAN-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyi Rusiyanın Ukraynaya raket hücumu zamanı qəsdən təxribat törətdiyini istisna etmir. Ukrayna MN rusların kütləvi raket hücumu zamanı Belarusda S-300 raketinin düşməsi ilə bağlı insidentin araşdırılmasında iştirak etməyə hazır olduğunu açıqlayıb.
Qurumun bəyanatında xüsusilə vurğulanır ki, bu gün Rusiya növbəti dəfə Ukraynanın dinc şəhərlərinə iri raket hücumu həyata keçirib. "Vəhşi raket zərbələri nəticəsində 10 rayonda 18-dən çox yaşayış binası, 10 mühüm infrastruktur obyekti dağıdılıb. Ən dəhşətlisi odur ki, mülki əhali yenidən zərər çəkib", - şərhdə qeyd edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu