Çin Tayvana zərbələr endirir


Çin ordusu bir ay ərzində Tayvan ətrafında ikinci döyüş təlimini keçirib.


AFN.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Qeyd edilir ki, təlimlər zamanı qurudan və dənizdən zərbələr endirilib.
Çinin ordu komandanlığı bildirib ki, Tayvan ətrafındakı dəniz və hava məkanında "birgə xəbərdarlıq patrulları və real döyüş təlimləri" təşkil etdiyini, əsas diqqəti qurudan zərbələr və dəniz hücumlarına yönəltdiyini bildirib.
Çin iddia edir ki, təlimin məqsədi ümumi döyüş imkanlarını yoxlamaq, Tayvanın müstəqilliyini müdafiə edən xarici və separatçı qüvvələrin təxribatçı hərəkətlərinə qətiyyətlə qarşı çıxmaqdan ibarətdir.
Öz növbəsində, Tayvan prezidentinin ofisi Çinin əsassız ittihamlar irəli sürdüyünü bəyan edərək təlimləri kəskin şəkildə pisləyib. Ofisin bəyanatında deyilir ki, Tayvanın mövqeyi çox aydındır: o, nə münaqişələri qızışdırmayacaq, nə də mübahisələrə səbəb olmayacaq. Lakin öz suverenliyini və təhlükəsizliyini qətiyyətlə müdafiə edəcək.
Tayvan Müdafiə Nazirliyi bildirib ki, son 24 saat ərzində ada ətrafında Çinə məxsus 57 təyyarə və dörd dəniz gəmisinin fəaliyyət göstərdiyi müəyyən edilib. Həmçinin, Tayvanın hava hücumundan müdafiə zonasına Çinə məxsus 28 döyüş təyyarəsi daxil olub.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu