Tayvan ətrafında 55 Çin hərbi təyyarəsi aşkar edilb


Tayvan Müdafiə Nazirliyi dünən axşamdan səhər saatlarına qədər Tayvan adası ətrafında 55 Çin hərbi təyyarəsinin aşkar edildiyini bildirib.


Nazirliyin X hesabında edilən açıqlamada 55 təyyarədən 27-nin Tayvanın "Hava Hücumundan Müdafiə Tanıma Zonası" (ADIZ) elan etdiyi bölgədə uçduğu bildirilib.

Açıqlamada qeyd olunub ki, ADİZ-in cənub-qərbində 12 “SU-30”, 10 “J-10”, 4 “J-16” tipli döyüş təyyarəsi və “WZ-7” tipli silahlı pilotsuz uçuş aparatı uçuşlar həyata keçirib.

Açıqlamada adanın ətrafında 7 Çin döyüş gəmisinin göründüyü, Tayvan silahlı qüvvələrinin vəziyyəti izlədiyi və döyüş təyyarələri, donanma gəmilərini, quru raket sistemlərini həyəcan vəziyyətinə saldığı bildirilib.

Uçuşlar və gəmi patrulları dünən adanın ətrafında rekord sayda təyyarənin aşkarlanmasından sonra həyata keçirilir.

Nazirlik dünənki açıqlamasında 103 Çin hərbi təyyarəsinin Tayvan ətrafında uçuşlar apardığını bildirib. Bu, 24 saat ərzində aşkar edilmiş ən çox uçuş sayı kimi qeydə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu