Boris Conson 1 milyon funt-sterlinq qazandı


Keçmiş baş nazir və İcmalar Palatasının hazırkı deputatı Boris Conson Britaniya 1 milyon funt-sterlinq birdəfəlik ianə alıb. Bu, Britaniya parlamenti üçün rekord göstəricidir.


AFN.az-ın xəbərinə görə, "Sky News" xəbər verir ki, altı sıfırdan ibarət məbləğ Consonun hesabına "Brexit" həvəskarı, kriptoinvestor Kristofer Harborn tərəfindən daxil olub. Böyük Britaniya Seçki Komissiyasının məlumatına görə, birdəfəlik ianə üçün əvvəlki rekord 2009-cu ildə deputat Maykl Qova verilən 150.000 funt-sterlinq olub.
Britaniya siyasətçiləri seçki kampaniyasını, işçilərin xərclərini və ofislərin saxlanmasını maliyyələşdirmək üçün pul ianələrindən istifadə edirlər. Bu vəsait həm də keçmiş baş nazirlərin ictimai həyatda dəstəklənməsinə yönəlib.
Boris Conson baş nazirlik fəaliyyəti haqqında kitab yazmağı planlaşdırır.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu