Latviya Rusiya ilə diplomatik münasibətləri minimuma endirir


Latviya Ukraynaya hücumlarına görə Rusiya ilə diplomatik əlaqələrin səviyyəsini aşağı salmağa qərar verib.


AFN.az xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs açıqlama verib. Latviyanın Estoniya ilə həmrəy davranacağını bildirən Edqars Rinkeviç bildirib ki, ölkəsi fevralın 24-dən etibarən Rusiya ilə diplomatik əlaqələrin səviyyəsini azaldacaq və Rusiyadan buna uyğun hərəkət etməsini tələb edəcək.

Qeyd edək ki, Estoniyanın Rusiyanın Tallinndəki səfirliyində işçilərin sayını azaltmaq qərarından sonra Rusiya Xarici İşlər Nazirliyi Estoniyanın Moskvadakı səfiri Marqus Laidredən ölkəni tərk etməsini istəyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu