Netanyahu İordaniyaya səfər edib


İsrailin baş naziri Benyamin Netanyahu İordaniyaya səfər edib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Netanyahu Ammanda Kralı II Abdullahla görüşüb. Netanyahunun bu ziyarəti onun "ən sağçı hökumət"i qurduqdan sonra ilk xaricə səfəri kimi qeydə alınıb.

Əvvəldən açıqlanması verilməyən sürpriz səfərlə İordaniyaya gedən İsrail Baş Nazirinin dəftərxanasından verilən açıqlamaya görə, iki liderin dörd ildən sonra baş tutan görüşləri zamanı regional məsələlər, təhlükəsizlik və iqtisadi əməkdaşlıq müzakirə edilib.

Açıqlamada Netanyahu ilə İordaniya Kralı II Abdullahın iki ölkə arasında davam edən dostluq və tərəfdaşlıq əlaqələrini vurğuladıqları bildirilib.

Kritik səfər İsrail və İordaniya arasında gərginliyin artdığı bir vaxta təsadüf edib.

İordaniya Kral Məhkəməsindən verilən açıqlamada iki liderin Məscidül-Əqsadakı tarixi və hüquqi statusunun müzakirə edildiyi, Kral Abdullahın İsraili Məscidül-Əqsadakı status-kvoya hörmətlə yanaşmağa çağırdığı bildirilib. Bəyanatda həmçinin Kral Abdullahın İsraili İsrail-Fələstin münaqişəsinin son sülh yolu ilə həllinə dair ümidləri sarsıdan “zorakılıq hərəkətlərini dayandırmağa” çağırdığı qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu