İsrail Ukraynaya erkən xəbərdarlıq sisteminin hazırlanmasında yardım edir


İsrail Ukraynaya yardımı genişləndirir.


AFN.az xəbər verir ki, bura raket zərbələri üçün erkən xəbərdarlıq sisteminin birgə inkişafı və səhiyyə layihələrinin həyata keçirilməsi də daxil edilib. Bunu çərşənbə günü İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan Baş Assambleyanın Ukrayna mövzusuna həsr olunmuş xüsusi sessiyasında çıxışı zamanı deyib.

“İndi köməyimizi dayandırmağın vaxtı deyil" deyən nümayəndənin sözlərinə görə, ötən həftə İsrail xarici işlər nazirinin Ukraynaya səfəri zamanı götürdüyü öhdəlik məhz budur. “İsrail Ukraynaya dəstəyi davam etdirməyə və hətta Ukraynada səhiyyə, mülki infrastruktur sahələrində qabaqcıl layihələr vasitəsilə onu genişləndirməyə, raket hücumlarından insanların həyatını xilas etmək üçün ağıllı erkən xəbərdarlıq sisteminin hazırlanmasına kömək etməyə qətiyyətlə sadiq qalır” - deyə Gilad Erdan bildirib.

Diplomatın sözlərinə görə, onun ölkəsi öz xəstəxanalarında xərçəng xəstəliyindən əziyyət çəkən ukraynalı uşaqları müalicə edir və yaralı əsgərlərə protez qoyulmasına kömək edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu