İran zənginləşdirilmiş uran üzrə limiti 18 dəfə keçib - MAQATE


Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın nüvə sazişində nəzərdə tutulandan 18 dəfə çox zənginləşdirilmiş urana malik olduğunu müəyyən edib.


AFN.az xəbər verir ki, bu barədə AFP agentliyi MAQATE-nin hesabatına istinadən xəbər verir. Bildirilir ki, hazırda İranda zənginləşdirilmiş uranın ümumi miqdarı icazə verilən maksimum 202,8 kiloqram əvəzinə 3,76 ton təşkil edir. MAQATE müfəttişləri həmçinin İranın nüvə obyektində rekord həddə - 83,7 faiz zənginləşdirilmiş uran hissəciklərini aşkar ediblər ki, bu da demək olar ki, nüvə bombası istehsal etmək üçün kifayətdir.

Agentliyin məlumatında qeyd edilir ki, nüvə silahı 90 faiz zənginləşdirmə tələb edir. "Hesabatda qeyd edildiyi kimi, MAQATE və İran hələ də bu hissəciklərin haradan gəldiyini müzakirə edir. Tehran zənginləşdirmə prosesində "istəksiz dalğalanmalar" olduğunu əsas gətirərək, 60 faizdən çox zənginləşməni inkar edir. MAQATE dəfələrlə Tehranı uranın zənginləşdirilməsini sürətləndirməkdə ittiham edib" - deyə AFP vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu