Gürcüstandakı etiraz aksiyalarında 133 nəfər saxlanılıb


Gürcüstanda, paytaxt Tiflisdə aksiyalarda saxlananların sayı 133 nəfərə çatıb.


AFN.az "Sputnik-Gerogia"ya istinadən xəbər verir ki, bu haqda Gürcüstanın Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilir ki, xüsusi təyinatlı polis qüvvələri parlamentin binasının qarşısına toplaşan aksiya iştiraçılarını dəyənək, göz yaşardıcı qaz və su şırnakları tətbiq etməklə dağıdıb.

Qeyd edək ki, Gürcüstanda “xarici agentlər haqqında” qanun layihəsinə etiraz aksiyaları martın 7-də Gürcüstan parlamenti Rusiya qanunvericiliyinin analoqu olan qanun layihəsini birinci oxunuşda dəstəklədikdən sonra başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu