ABŞ Gürcüstanın qərarından narahat olduğunu bildirib


Birləşmiş Ştatlar bu qanun layihəsinin qəbul ediləcəyi təqdirdə Gürcüstan vətəndaşlarının həyatını yaxşılaşdırmağa çalışan vətəndaş cəmiyyəti təşkilatlarına zərər vuracağından və Gürcüstanı Avropa yolundan uzaqlaşdıracağından dərin narahatdır.


AFN.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Gürcüstandakı vəziyyətlə bağlı bəyanatında deyilir.

“Biz həmçinin narahatıq ki, bu qanun layihəsi müstəqil media qurumlarının Gürcüstan vətəndaşlarına yüksək keyfiyyətli məlumat təqdim etməsinə mane olacaq. Narahatlığımızı ictimai və özəl şəkildə bölüşməyə davam edirik”, - deyə bəyanatda qeyd olunub.

Qeyd edək ki, Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanunu qəbul etməyə hazırlaşır. Ölkə müxalifəti və vətəndaş cəmiyyəti qanun layihəsinə etiraz məqsədilə aksiyalara başlayıb. Artıq Gürcüstan polisi bir neçə aksiya iştirakçısını saxlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu