Saakaşvili tərəfdarlarını “Xarici agentlər haqqında qanun” əleyhinə aksiyalara çağırıb


Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili tərəfdarlarını “Xarici agentlər haqqında” qanuna qarşı aksiyalarda iştirak etməyə çağırıb. Bu barədə o, sosial şəbəkələrdə yazıb.


“Mən bu gündən etibarən bütün nəsillərin tərəfdarlarını “Rusiya qanunlarına” qarşı bütün aksiyalarda iştirak etməyə və Gürcüstanın azadlığını, müstəqilliyini, Avropa gələcəyini müdafiə etməyə çağırıram”, - deyən Saakaşvilidən “Onlayn Gürcüstan” sitat gətirib.

Xatırladaq ki, səhər saat 10.00-dan Gürcüstan parlamentinin həyətində QHT və KİV nümayəndələrinin “Xarici agentlər haqqında qanun”a qarşı aksiyası olub. Aksiyaya gürcü tələbələr də qoşulub. Onlar da media və QHT təmsilçiləri kimi “Xarici agentlər haqqında” qanuna baxılmasının dayandırılmasını və geri götürülməsini tələb edirlər.

Komitə iclasında parlament çoxluğunun lideri Mamuka Mdinaradze çıxış edərək “Rusiya qanunu”na qarşı olduğunu deyib. O, deputatların müstəqil qərar qəbul edəcəklərinə inandığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu