Polşa Ukrayna üçün “Leopard” tanklarının təmiri mərkəzini yaratmağa hazırdır


Polşa Ukrayna üçün “Leopard” tanklarının təmiri mərkəzi yaratmaq istəyir.


AFN.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak açıqlama verib. O bildirib ki, Polşa koalisiyanın Ukraynaya verdiyi "Leopard" tanklarının təmiri mərkəzini yaratmaq niyyətindədir. "Lakinq bunun üçün istehsalı 20 il əvvəl dayandırılmış hissələr tələb olunur" - deyə nazir bildirib.

Almaniyanın müdafiə naziri Boris Pistorius ilə görüşdən sonra açıqlama verən Blaşçak bildirib ki, "Leopard 2A4" tankları üçün ehtiyat hissələrinin istehsalı 20 il əvvəl dayandırılıb: "Buna görə də onların istehsal prosesini bərpa etmək lazımdır. Biz Almaniya tərəfi ilə dialoqdayıq. İstehsalın bərpası Ukraynaya gətirilən "Leopard" tanklarına xidmət göstəriləcəyi və təmir ediləcəyi bir mərkəzin fəaliyyəti üçün son dərəcə vacibdir. Mərkəz Polşadak “Bumar-Labendi” mexaniki zavodunda yaradılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu