Polşa "Abrams" tanklarının ilk partiyasını qəbul edib


Polşa ölkənin şərqindəki diviziyalara təhvil verməyi planlaşdırdığı ilk "Abrams" tanklarını qəbul edib.


AFN.az xəbər verir ki, bu barədə "RİA Novosti" Polşa televiziyasına istinadən xəbər verib.

Amerika tanklarının hərbçilərə təntənəli təhvil verilməsi mərasimində ölkənin milli müdafiə naziri Mariuş Blaşçak iştirak edib. "18-ci Mexanikləşdirilmiş Briqadaya daxil olan 1-ci Varşava Tank Briqadasının ekipajları artıq təlim keçib. Onlar Brest qapılarını bağlayacaqlar" - deyə Balaşçak bildirib. O, "Abrams"ı "dünyanın ən yaxşı tankları" adlandırıb.

Birinci partiyada Polşa ordusu Amerika tanklarından 14 ədəd alacaq. Ümumilikdə 2023-cü ildə belə maşınların bir batalyon (42 ədəd) gətirilməsi gözlənilir.

Bundan əvvəl Polşanın NATO-dakı daimi nümayəndəsi Tomaş Şatkovski bildirmişdi ki, ölkə Amerikanın "Abrams" tanklarına və digər texnikalarına texniki xidmət mərkəzinə çevrilə bilər. Onun sözlərinə görə, hazırda Polşa və Almaniya Ukrayna Silahlı Qüvvələrinə verilmiş "Leopard" tanklarının təmiri mərkəzinin yaradılmasına dair sazişi müzakirə edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu