Polşa Belarusla sərhədi Amerika helikopterləri ilə qoruyacaq


Polşa Belarusla sərhəd bölgəsini Amerika helikopterləri ilə əhatə etməyi planlaşdırır.


Polşanın milli müdafiə naziri Mariuş Blaşçakın "İnterfaks"a verdiyi məlumata görə, Varşava ölkənin şərq cinahında müdafiəsini gücləndirəcək təchizata ümid edir.

"Biz gələn həftə ABŞ Konqresinin "Apaçi" helikopterləri ilə bağlı müraciətimizi təsdiqləmək üçün qərarını gözləyirik" - deyə Blaşçak bildirib.

"Apaçi" "Abrams"la birlikdə Brest qapılarını bağlayacaq sədd təşkil edəcək.

Polşa müdafiə naziri həmçinin əlavə edib ki, Cənubi Koreyanın K2 "Qara Panter" tankları, FA-50 döyüş təyyarələri və HIMARS artilleriya sistemləri artıq sərhədin bu hissəsində yerləşdirilib.

Polşa və ABŞ Varşava yaxınlığında Amerikanın "Apaçi" helikopterlərindən istifadə etməklə birgə təlimlər keçirəcək. Bunu ABŞ-ın Polşadakı səfiri Mark Bjezinski deyib. Manevrlər avqustda Nadarzindəki poliqonda baş tutacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu