Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin təxmini vaxtı açıqlanıb


Ukraynadakı silahlı təcavüzlə əlaqədar Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketi may ayının ortalarından tez olmayaraq qəbul ediləcək.


AFN.az xəbər verir ki, bu haqda Polşanın xarici işlər naziri Zbiqnev Rau "Reuters"ə şərhində deyib. "Gələcək məhdudiyyətlərlə bağlı müzakirələr aparılır. Düşünürəm ki, məsələ mayın ortalarından tez bağlanacaq. Bundan əvvəl heç nə gözləmək olmaz" - deyə nazir bildirib.

Xatırladaq ki, Polşa Rusiyaya qarşı yeni məhdudiyyətlər toplusuna təşəbbüs göstərib. Varşava neftin boru kəməri ilə idxalını və Rusiya Federasiyasından almaz alınmasını qadağan etməyi təklif etdi. Aİ üzvləri arasında sanksiyaların növbəti mərhələsinə dair daxili danışıqlar aprel ayında başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu