Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiya paketi qəbul edir


Bu gün Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketi qəbul edəcək.


“RİA Novosti” xəbər verir ki, bunu Fransanın iqtisadiyyat və maliyyə naziri Bryuno Le Mer açıqlayıb.

“Bu gün yeni sanksiyalar paketi qəbul ediləcək. Avropa İttifaqının (Aİ) tarixində heç vaxt bu qədər ciddi sanksiyalar paketi olmayıb. Bu, tarixi qərardır”, - Le Mer Aİ-nin maliyyə nazirlərinin Brüsseldə keçiriləcək zirvə görüşü öncəsi bildirib.

O deyib ki, bu sanksiyalar Rusiyanın maliyyə sisteminə təsir edəcək.

Onun sözlərinə görə, Rusiyadan bahalı əşyaların idxalına qadağa qoyulacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu