Aİ Rusiya neftinə embarqo barədə razılığa gəldi


Avropa İttifaqı (Aİ) liderləri Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı razılığa gəlib.


Bu barədə məlumatı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel açıqlayıb.

Onun sözlərinə görə, bu, Rusiyadan neft idxalına qadağa qoymağa imkan verəcək: “İndiki mərhələdə sanksiyalar Rusiyadan neft idxalının 75%-nə şamil olunacaq. İlin sonuna qədər isə qadağa Avropaya idxal edilən Rusiya neftinin 90%-nə qoyulacaq”.

Bununla yanaşı, sözügedən altıncı paketə Rusiyanın “Sberbank” bankının “SWIFT”dən ayrılması da daxildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu