Barak Obamanın Vaşinqtonda yaşadığı ev 1,27 milyon dollara satılır


ABŞ-ın keçmiş prezidenti Barak Obamanın senatorluq illərində Vaşinqtonda yaşadığı evi 1,27 milyon dollara satışa çıxarılıb.


AFN.az xəbər verir ki, bu barədə "Mansion Global" məlumat yayıb. "Taunhaus" adlanan villa iki yaşayış sahəsi olan yaşayış binasıdır: Barak Obamanın yaşadığı birinci mərtəbədəki mənzil və onun üstündəki iki mərtəbəli ev. Evin iki yataq otağı, kilerli mətbəxi, terası və həyətə çıxışı var. Rieltor Linda Pettinin sözlərinə görə, ev dəbdəbəli mülk deyil, lakin çox yaxşı yerdə yerləşir: o, Kapitolidən bir kilometr məsafədədir və sözün əsl mənasında Stenton Parkının qarşı tərəfindədir. Bundan əlavə, yeni sahiblər öz dostlarına ABŞ prezidentinin vaxtilə yaşadığı evdə yaşamaları ilə öyünə biləcəklər.

Nəşrin məlumatına görə, Barak Obama hələ 2005-ci ildə birinci mərtəbədəki mənzildə yaşayırmış. 2008-ci ildə o, buranı "hər zaman pizza və boş butulkalar olan vintage kollec yataqxanası" adlandırdı. Obama təhlükəsizlik məqsədilə ilk prezidentlik kampaniyası zamanı oradan köçüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu