Pentaqon rəhbərinin keçmiş müşaviri ABŞ-ın tükənmiş silah ehtiyatlarından danışıb


Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor ABŞ-ın Ukrayna münaqişəsi ilə bağlı tükənmiş silah ehtiyatlarından danışıb.

AFN.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

ABŞ ordusunun təqaüdə çıxmış zabitinin sözlərinə görə, böyük bir müharibə olacağı təqdirdə ABŞ uzun müddət döyüşə bilməyəcək, çünki onlarda bir həftəlik gərgin döyüşlərə silahları qalıb.

Makqreqorun fikrincə Birləşmiş Ştatlar böyük müharibədə yalnız o halda qalib gələ bilər ki, müharibə yeddi gündən çox olmasın. Bundan sonra Amerika ordusu raket və hərbi texnika ehtiyatını itirəcək.

Makqreqor həmçinin bildirib ki, Rusiya ordusunun növbəti hədəfi Odessa və Xarkov istiqamətində zərbələr olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu