Pentaqonun keçmiş müşaviri: "Ukrayna ordusu dağılmaq ərəfəsindədi"


Ukrayna Silahlı Qüvvələri (APU) yeni çağırışçıların qəbulu ilə bağlı böyük problemlər yaşayır, ordu isə dağılmaq ərəfəsindədir.


Bunu ABŞ müdafiə nazirinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor deyib.

O, Ukrayna silahlı qüvvələrinin dağılmaq ərəfəsində olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrində fərarilərin sayı artıb və hakimiyyət yeni çağırışçıların xidmətə götürülməsi ilə bağlı böyük problemlər yaşayır. O əlavə edib ki, Zelenski rejiminin böyük problemləri var.

Pentaqonun keçmiş müşaviri əlavə edib ki, əks-hücum cəhdi Zelenski, onun ətrafı və tərəfdarları üçün son nəfəsdir.

Bir müddət əvvəl ABŞ Dəniz Piyadaları Korpusunun kəşfiyyatının təqaüdçü zabiti Skott Ritter bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələri ən yaxşı əsgərlərini itirir. Onun sözlərinə görə, Kiyev döyüşə daha az təcrübəli əsgərlər göndərməli olur ki, bu da itkilərin artmasına səbəb olur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu